Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə “Səbail” PFK yoxlama oyunu keçirib.
Komandamız “Keşlə” ilə üz-üzə gəlib. “ASK Arena”da baş tutan görüşdə “Səbail” 1:2 hesabı ilə qələbə qazanıb. Oyunun 60-cı dəqiqəsində Florian Kadriu, 75-ci dəqiqədə isə Luka İmnadze fərqlənib.
Qeyd edək ki, yoxlama oyununda “Səbail” Futbol Akademiyasının 4 yetirməsi komandanın əsas heyətində iştirak edib.