“Səbail” Qəbələdə heç-heçə etdi

“Səbail” Peşəkar Futbol Klubu Premyer Liqada növbəti oyununu keçirib. XIX turda səfərdə “Qəbələ” komandası ilə qarşılaşıb. “Dənizçilər”  və “qırmızı-qaralar”ın oyunu 1:1 hesabı ilə yekunlaşıb. Hesabı ikinci hissədə “Səbail”in hücumçusu Amil Yunanov (57-ci dəqiqə) açıb. Rəqib Rafael Utriqin qolu ilə (78-ci dəqiqə) hesabı bərabərləşdirib.

“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov (77. Ədilxan Qarəhmədov, 75), 29. Amil Yunanov (11. Rauf Əliyev, 87), 23. Milovan Petrovik (17. Elçin Rəhimli, 90+1), 4. Ali Sisey, 20. Ruslan Hacıyev, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 7. Mirsahib Abbasov, 9. Florian Kadriu, 19. Luka İmnadze

SabailFC © 2021. All Rights Reserved.