“Səbail” PFK-nın 3 futbolçusu milli komandaya dəvət olunub
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya, Serbiya və qrupda müsabiqədənkənar iştirak edən Qətər milli komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
“Səbail” PFK-nın hücumçusu Amil Yunanov əsas yığmanın heyətinə dəvət alıb.
Bundan əlavə, yarımmüdafiəçi Ədilxan Qarəhmədov U-21 milli komandasına, qapıçı Nikolas Hagen isə Qvatemala milli komandasına dəvət olunub.
Qeyd edək ki, Azərbaycan millisi sözügedən oyunlara hazırlıq məqsədilə martın 15-də təlim-məşq toplanışına başlayacaq.

SabailFC © 2021. All Rights Reserved.