Peyman Keşavarzi ilə müqaviləyə xitam verildi

“Səbail” PFK Peyman Keşavarzinin klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Futbolçuya azad agent statusu verilib.

“Səbail” Peşəkar Futbol Klubu Peyman Keşavarziyə klubun kollektivi adından təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır!

Qeyd edək ki, Keşavarzi “Səbail”in heyətində 20 oyuna çıxıb və 2 qol vurub.

SabailFC © 2021. All Rights Reserved.