Aftandil Hacıyev: “Məni düşündürən məğlubiyyət deyil”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XX turu çərçivəsində baş tutan “Neftçi”-“Səbail” (4:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Çox danışmağa ehtiyac yoxdur. İki komandanı müqayisə etsək, hədəflər bəllidir. Hər zaman  oyunu 2 hissəyə bölürdüksə, bu dəfə oyunu 3 hissəyə bölmək lazımdır. İlk hissədə çox yaxşı oynadıq. “Neftçi”nin qapısına penalti təyin olunmalı idi.

Məni düşündürən məğlubiyyət deyil, son 25 dəqiqədə nə baş verdiyidir. 65-ci dəqiqədən sonra meydanda sadəcə “Neftçi” var idi. Rəqibin ustalıq səviyyəsi yüksək olan futbolçuları var ki, oyunun taleyini həll etdi. Bu il ən ağır qrafiklə oynayan komanda bizik. Qarşıdakı fasilədən maksimum yararlanmağa çalışacağıq”.

SabailFC © 2021. All Rights Reserved.