Aftandil Hacıyev: “Məğlubiyyətdən qaçmağı bacardıq”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XVIII turu çərçivəsində baş tutan “Səbail”-“Keşlə” (1:1) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Bilirdik ki, rəqib yeni baş məşqçi ilə yeni dönəmə qədəm qoyub. Sənan Qurbanovu istəkli komanda düzəltməsi münasibəti ilə təbrik edirəm”.

Qarşılaşma çox əsəbi keçdi. Hər iki komanda məğlub olmaq istəmirdi. Bu da turnir cədvəlindəki mövqedən irəli gəlir. Futbolçularımdan razı qaldım. Artıq neçənci oyundur ki, hücumda xeyli qol epizodu yaradırıq. “Qarabağ” kimi rəqiblə belə, 3-4 şansımız oldu. Bu gün də rəqib qapısında dəqiq zərbələrdən 5-6 qol epizodu yaratdıq, sadəcə qol vura bilmədik. Sevindirici hal budur ki, məğlubiyyətdən qaçmağı bacardıq. Növbəti oyuna hazırlaşacağıq”.

SabailFC © 2021. All Rights Reserved.