Aftandil Hacıyev: “Futbolçularımız sonadək əzmkar mübarizə apardılar”

Premyer Liqanın XIX turunda “Səbail” səfərdə “Qəbələ”nin qonağı olub. Qarşılaşma heç-heçə ilə başa çatıb. Oyunsonrası mətbuat konfransında “Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev fikirlərini açıqlayıb

“Qəbələ səfəri hər zaman çətin olur. Bu, hər bir komandaya aiddir. Hava durumu bir qədər ağır olur. İlk hissədə həqiqətən çətin idi. Amma fasiləyədək yaxşı epizodlar yaxaladıq. Bilirik ki, rəqib də keyfiyyətli futbolçulara sahibdir. Bu gün futbçularımız hətta 10 nəfərlə qalsaq belə, sonadək əzmkar mübarizə apardılar. Ağır olsa da, sonda 1 xalı qazanmağı bacardıq. Peyman Keşavarzi və Hendrik Ekşteynsiz bizə çətin idi. “Qəbələ” ilə matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq”.

SabailFC © 2021. All Rights Reserved.