XOCALI SOYQIRIMI – 29 il

29 il öncə – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən xalqımıza qarşı insanlığa sığmayan, vəhşicəsinə qətliam törədilib.

Azərbaycan tarixinə qanla yazılan bu faciədə 613 insan vəhşicəsinə öldürülüb. 106 qadın, 70 qoca, 63 uşağın həyatına son qoyulub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.  25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 8 ailə isə tamamilə məhv edilib.

Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi cinayətdir!

 

SabailFC © 2021. All Rights Reserved.