“Səbail” PFK “Zəfər” turnirinin qalibi olub – FOTO

AFFA-nın təşkilatçılığı ilə AFFA, PFL və Premyer Liqa klublarının əməkdaşları arasında keçirilən “Zəfər” kuboku turnirinə yekun vurulub. Ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş, həmrəylik devizi ilə keçirilən turnirdə “Dənizçilər” mübarizəyə 1/8 final mərhələsindən başlayıb. “Sumqayıt”, “Zirə”, “Keşlə” komandaları üzərində qələbə qazanaraq, finalda “Qəbələ” komandası ilə qarşılaşıb.

Vətən müharibəsi iştirakçısı Kamal Umudlunun idarə etdiyi final qarşılaşmasında əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşün taleyi penaltilər seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən “Səbail” “Zəfər” kubokunun sahibi olub.

 

SabailFC © 2021. All Rights Reserved.