Milovan Petrovik: “Burada futbolun dinamikası və yaradılan şərait olduqca yaxşıdır”

Qış fasiləsində “Səbail” PFK-nın heyətinə qatdığı yarımmüdafiəçi Milovan Petrovik bu haqda fikirlərini bölüşüb.

Bura gəlməyimə çox şadam!”

Bura gəlməyimə çox şadam! Bu, mənim üçün yeni təcrübədir. Bakı şəhəri həqiqətən də çox gözəldir. Yeməkləri dadlıdır və bizim yeməklərə oxşayır. Klubda məşqlər üçün əla şərait var. Bura gəlməzdən əvvəl “Vardar”da işləyən Toni Bogdanovski ilə məsləhətləşdim (2018-2020 “Səbail”də Fitness Məşqçi). Klub barədə ancaq pozitiv fkirlər bildirdi. Burada məni çox yaxşı qarşıladıqlarına görə, klubun bütün heyətinə təşəkkürümü bildirirəm. Hər kəs xüsusilə də futbolçular tez adaptasiya olmağıma kömək etdilər. Komandanın mühiti əladır. Bilirəm ki, nəticələrimiz düzələndə atmosfer daha da yaxşı olacaq.

“Burada futbolun dinamikası və yaradılan şərait olduqca yaxşıdır”

Fikrimcə, Azərbaycan Premyer Liqası Makedoniya Liqasından güclüdür. Çünki burada futbolun dinamikası və yaradılan şərait olduqca yaxşıdır. Xoşuma gələn amillərdən biri də hər xırda toxunuşa görə hakimlərin cərimə verməməsidir. Məni tək narahat edən Bakıda bu fəsildə küləyin güclü olmasıdır. Tezliklə havaların düzəlməyini istəyirəm (gülür).

“Komandamız güclüdür və burada peşəkar futbolçular çıxış edir”

“Sabah”la oyunun çətin keçəcəyini düşünürəm. Biz öz oyunumuza fokuslansaq, əvvəlki oyunlarda etdiyimiz səhvlərdən dərs alaraq oynasaq, şansımızın çox olacağını düşünürəm. Çünki komandamız güclüdür və burada peşəkar futbolçular çıxış edir. İnanıram ki, bu oyunda qələbə qazansaq komandanın əhval-ruhiyyəsinə müsbət təsir edəcək. Məqsədimiz də məhz budur!

“Azarkeşsiz futbol olmaz”

Sonda isə qeyd etmək istərdim ki, azarkeşsiz futbol olmaz. Azarkeşlərin tribunalara qayıtmağını çox istəyirəm. Qələbələri onlarla birgə qeyd etmək daha gözəldir. Onlara demək istəyirəm ki, özlərini qoruyub, sağlamlıqlarına diqqət etsinlər. Mən inanıram ki, yaxın zamanlarda biz görüşəcəyik.

SabailFC © 2021. All Rights Reserved.