Aftandil Hacıyev: “Qalib gəlsək də, bu, yekun nəticə deyil”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçında səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyimiz oyundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb.

“Maraqlı oyun oldu. “Sumqayıt”ın öz oyun üslubu var. Bilirdik ki, bizi çətin görüş gözləyir. Bundan əvvəl 1/8 finalda “Zaqatala” ilə matçımız da ağır keçmişdi. 10 günün içində 4-cü oyunumuzu keçiririk. Sevindiricidir ki, bu oyunlarda futbolçular ciddi zədələr almadılar. Qalib gəlsək də, bu, yekun nəticə deyil. Bizi daha ağır cavab oyunu gözləyir. Hazırda əsas işimiz futbolçuları qısa müddətdə bərpa edib növbəti matça hazırlaşmaqdır. Bilirik ki, rəqib də asan təslim olmayan komandadır. Cütün taleyinə cavab görüşündə aydınlıq gələcək. “Sumqayıt”a uğurlar arzu edirəm”!

SabailFC © 2021. All Rights Reserved.