Aftandil Hacıyev: “İstəyirdik meydandan xal ilə ayrılaq”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XVII turu çərçivəsində baş tutan “Qarabağ”-“Səbail” (1:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Xocalı qətliamı ilə bağlı xalqımıza səbr diləyirəm. Şükürlər olsun ki, ötən il torpaqlarımızı geri ala bildik”

Bu gün həqiqətən çox maraqlı  oyun alındı. Düşünürəm ki, azarkeşlər oyundan zövq aldı. “Qarabağ” favorit olsa da, buraya məğlub olmağa gəlməmişdik. İstəyirdik meydandan xal ilə ayrılaq. Hətta qapımızda ciddi qol epizodu da verməmişdik. Yalnız duran topdan buraxdığımız qol sonda nəticəni yekunlaşdırdı. Amma verilən tapşırığı futbolçuların dəqiqlilkə yerinə yetirməyə çalışması mənim xoşuma gəldi. Çəkinmədən oynadılar, eləcə də hücumda bir neçə epizod yaxalamağa çalışdıq. Son nöqtəni istədiyimiz kimi qoya bilmədik.

Bu gün “Qarabağ”ı təbrik etmək lazımdır. Vacib 3 xal qazandı. Biz isə yolumuza davam edəcəyik. Bu oyunu tez bir zamanda unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

SabailFC © 2021. All Rights Reserved.