“Səbail” PFK Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yüksəlib

Bu gün Azərbaycan Kuboku 1/8 final mərhələsinin ilk oyunu “ASCO Arena”da baş tutub. “Səbail” PFK “Zaqatala” komandası üzərində əzmkar qələbə qazanaraq, Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yüksəlib. Oyun 3:2 hesabı ilə yekunlaşıb.

Hesabı 26-cı dəqiqədə penalti zərbəsindən “Səbail”in hücumçusu Amil Yunanov açıb. Daha sonra rəqib 2 qol vursa da, 62-ci dəqiqədə Adil Nağıyevin, 84-cü dəqiqədə isə Əfran İsmayılovun rəqib qapısına vurduğu qollar hesabı 3-ə çatdırıb.

Qeyd edək ki, 1/4 final mərhələsinə yüksələn komandamız növbəti turda “Sumqayıt”la qarşılaşacaq. İlk oyun 1 fevralda “Kapital Bank Arena”da, cavab görüşü isə 6 fevralda “ASCO Arena”da təşkil olunacaq.

 

SabailFC © 2021. All Rights Reserved.