“Səbail” PFK Ali Sisey ilə müqavilə imzalayıb

“Səbail” Peşəkar Futbol Klubu Syerra-Leone yığmasının üzvünü heyətinə qatıb.

27 yaşlı müdafiəçi ilə klub arasında mövsümün sonunadək müqavilə imzalanıb. Ali Sisey 4 nömrə ilə “Səbail”in uğurları üçün çalışacaq.

Qeyd edək ki, London “Arsenal”ının yetirməsi olan Sisey daha əvvəl İngiltərənin “Lester”, “Kolçester”, “Kembric”, “Barnet”, İsveçin “Frey”, Yunanıstanın “Kissamikos” və Bolqarıstanın “Arda”, Azərbaycanın “Zirə” klubunda çıxış edib. Futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.

Mövqe: Müdafiəçi

Doğum tarixi: 1994.08.02

Doğulduğu yer: İngiltərə 

Boy: 185 sm

SabailFC © 2021. All Rights Reserved.