Aftandil Hacıyev: “Futbolçulardan razıyam, çəkinmədən oynadılar”

Klubumuzun baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində baş tutan “Səbail” – “Neftçi” qarşılaşmasından sonra mətbuat konfransında fikirlərini açıqlayıb.

“Yenidən futbol həyəcanı qayıtdı. Bu gün meydanda hər iki komandanın istəkli olduğu göründü. Bu istək oyunun maraqlı keçməsinə səbəb oldu. Hər iki hissədə qol epizodları yarandı. Səhvlər də oldu və bunlar bizim istədiyimiz sonluğu gətirməyimizə imkan vermədi. Amma futbolçulardan razıyam, çəkinmədən oynadılar. Fasilədən sonra ilk oyun olduğuna görə, bu oyun bizim üçün göstərici deyil. Futbolçular ikinci qoldan sonra daha da irəli atıldılar. Oyunda udsaq da, nəticədə uduzduq. “Neftçi”ni təbrik edirəm və uğurlar arzulayıram!

“Bizi hazırda ağır qrafik gözləyir. 3 gün sonra Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Zaqatala” ilə oyuna hazırlaşacağıq”.

SabailFC © 2021. All Rights Reserved.