COVID-19 səbəbindən 10 dekabr tarixdə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun təqviminə dəyişiklik edən Peşəkar Futbol Liqası 5-ci turdan təxirə salınmış “Qarabağ” – “Səbail” oyunu ilə bağlı yekun qərarını verib. Görüş əvvəldən nəzərdə tutulduğu kimi 8 fevralda deyil, 28 yanvar tarixdə baş tutacaq.
