“Səbail”-“Qəbələ” (1:3)

Azərbaycan Premyer Liqasında cari ilin son turunun oyunları keçirilib.

Liqanın XIII turunda Səbail”in qonağı olan “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib. Oyunda ilk hesabı “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov 20-ci dəqiqədə açıb. Asif Məmmədov 28-ci dəqiqədə 2-ci qolu vuraraq, önə keçib. Oyunun ikinci yarısında  “Səbail”in müdafiəçisi Turan Manafov 52-ci dəqiqədə rəqib qapısına dəqiq zərbə endirərək, fərqi azaldıb.. 90+2-ci dəqiqədə rəqib futbolçu Ceyms Adeniyi daha bir qol vuraraq, hesabı 3-ə çatdırıb. Beləliklə, “Səbail” PFK 13 xalla qış fasiləsinə  6-cı yerdə qərarlaşaraq yekun vurub.

SabailFC © 2021. All Rights Reserved.