“Səbail” PFK-nın qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Komandamız yanvarın 4-ü bir araya gələrək, yanvarın 21-dək “ASCO Arena”da hazırlıq keçəcək. Toplanış çərçivəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Yanvarın 14-ü “Sabah” FK ilə keçiriləcək yoldaşlıq oyunu barədə digər məlumatlar daha sonra veriləcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində “Səbail” PFK 21 yanvar 2021-ci il tarixində “Neftçi” PFK-nı qəbul edəcək.