Premyer Liqanın 12-ci turunda “Səbail” “Keşlə”nin qonağı olacaq

“Səbail” PFK Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək. Liqanın 12-ci turu çərçivəsində “Səbail” “Keşlə” ilə qarşılaşacaq. Oyun 5 dekabr 2020-ci il tarixində 14:00-da “ASK Arena”da baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 11-ci turunda 29 noyabr 2020-ci il tarixində “Səbail”-“Qarabağ” oyunu baş tutub. Oyun 1:1 hesabı ilə bitib. “Səbail”in heyətində qolu 55-ci dəqiqədə Amil Yunanov vurub. 27 yaşlı futbolçu penaltidən hesabı açıb.

Ümumilikdə, klubumuzun “Keşlə” ilə qarşılaşmaları 6 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət ilə bitib. “Səbail” PFK indiyədək “Keşlə” səfərlərində 4 qələbə qazanıb. Ən böyük hesab fərqi ilə qələbəmiz isə 02.02.2019 tarixində “ASK Arena”da baş tutub – “Keşlə” 0-3 “Səbail” (14’-K. Koubemba, 53’- E. Yunuszadə, 60’- A. Ramazanov)

SabailFC © 2021. All Rights Reserved.