PFL 12-ci turu “YAŞAT turu” elan edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradıldı.

Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Fonda fiziki və hüquqi şəxslər könüllülük əsasında ianələr edə bilərlər. Peşəkar Futbol Liqası birbaşa üzvləri olan Premyer Liqa klubları ilə birgə XII turu “YAŞAT turu” elan edir.

Bu Vətəni YAŞATmaq üçün minlərlə can qurban oldu! “YAŞAT” Fonduna ianə edərək sinəsini hərbə meydan edənləri və onların ailələrini yaşadaq! “YAŞAT” Fonduna ianələrinizi www.asanpay.az portalı və ya “ASAN ödəniş” mobil tətbiqi üzərindən də bir klik ilə həyata keçirə bilərsiniz.

“YAŞAT” Fondunun bank rekvizitləri:

MİLLİ VALYUTADA KÖÇÜRMƏLƏR ÜÇÜN

Hesabın adı: YAŞAT FONDU

VÖEN: 1701393691

Manat hesabı: AZ76IBAZ38090019447968925204

Bankın adı: Azərbaycan Beynəlxalq Bankı, Mərkəzi filial

Swift kodu: IBAZAZ2X

Müxbir hesab: AZ03NABZ01350100000000002944

Bankın kodu: 805722

Bankın VÖEN-i: 9900001881

Bankın ünvanı: Bakı şəhəri, Z.Tağıyev küç. 3

Tel: (+99412) 937

SabailFC © 2021. All Rights Reserved.