“Səbail” PFK-dan daha bir qələbə!

“Səbail” PFK Azərbaycan Premyer Liqasının 12-ci turunda “Keşlə”nin qonağı oldu.

Xatırladaq ki, PFL bu turu “YAŞAT turu” elan edib. Oyun, Vətən müharibəsi şəhidlərinin xatirəsinə 1 dəqiqəlik sükutla başlayıb. “ASK Arena”da baş tutan oyunda “Dənizçilər” 2:0 hesabı ilə qalib gəlib. Oyuna sürətli başlayan futbolçularımız 12-ci dəqiqədə Urfan Abbasovun dəqiq zərbəsi ilə hesabı açıb. 18-ci dəqiqədə isə Əfran İsmayılov 2-ci qolu vuraraq hesabımıza bir xal daha yazıb.

SabailFC © 2021. All Rights Reserved.