Hagen: “Hər kəs sadə üsullara diqqət etsə, özünü virusdan qoruya bilər”

“Səbail” PFK-nın qapıçısı Nikolas Hagen ilə müsahibəmizi təqdim edirik!

1. 5 aya yaxındır buradasınız. Azərbaycan haqqında nələr öyrənmisiz?

Azərbaycanı sevirəm və burada özümü azərbaycanlı kimi hiss edirəm. Bura haqqında çox öyrənib, araşdırıram. Komanda yoldaşlarım da bu barədə mənə köməklik edir. Bu arada milli mətbəxinizi də çox sevirəm.

2. Ölkənizdə futbol çox sevilir. Bəs sizin ölkədən kənarda oynamağınıza səbəb nə oldu?

Qvatemalada futbol çox sevilir. Karyeramda uğurlu olduğumu düşünürəm. Daha da inkişaf etmək üçün başqa ölkəyə getmək barədə fikirləşirdim. Kiçik addımlarla öz arzuma çatmaq istəyirəm. Bu da, addımlarımdan biridir.

3. Bu il karyeranıza yeni nələr qatdınız?

Bu il karyeramda ən mühüm addımlardan biri ölkəmdən kənarda, başqa liqada oynamağım oldu. Daha yüksək səviyyədə oynamaq istəyir və buna görə çox çalışıram. 2020-ci ildə uğurlar qazandım. Arzularıma çatmağa kömək edən il oldu.

4. Sizi motivasiya edən nədir?

Hər dəfə özüm-özümü hardan başlamağım və hara çatmağım ilə motivasiya edirəm. Bu, mənə inkişaf etməkdə kömək edir.

5. Karyeranızda ən yaddaqalan oyun hansıdır?

2019-cu ildə Qvatemalada milli komandanın start heyətində ilk çıxdığım oyun ən yaddaqalan oyunumdur. (23..3.2019 Qvatemala – Kosta-Rika 1:0)

6. Qvatemalada ən çox nə üçün darıxmısınız?

Həm ailəm və dostlarım, həm də Qvatemala üçün darıxmışam.

7. Komanda yoldaşlarınızdan ən çox hansı ilə yaxınsınız?

Komanda yoldaşlarım ilə yaxşı əlaqələrimiz var. Hamı mənə çox yaxşı münasibət göstərir. Öz ölkəmizdən kənarda olduğumuz üçün əcnəbi futbolçularla daha çox söhbətləşirik. Komanda da hamı bir-birini sevir və hörmət bəsləyir.

8. Koronavirusdan necə müdafiə olunursunuz?

Çox sadə metodlarla qorunuram. Sosial məsafə saxlayır, əllərimi tez-tez yuyuram və sadəcə, şəxsi su qabımdan istifadə edirəm. Hər kəs sadə üsullara diqqət etsə, özünü virusdan qoruya bilər.

SabailFC © 2021. All Rights Reserved.