Emin Ağayevdən qələbə şərhi

“Səbail” PFK Premyer Liqada növbəti oyununu keçirib. “ASK Arena”da “Keşlə”nin qonağı olan komandamız 2:0 hesabı ilə qalib gəlib.

Baş məşqçimiz Aftandil Hacıyevin COVİD-19 virusuna yoluxması səbəbilə, onu, məşqçinin köməkçisi Emin Ağayev əvəz edib. 47 yaşlı mütəxəssis oyun sonrası mətbuat konfransında öz fikirlərini bildirib:

“Maraqlı oyun alındığını düşünürəm. İki vacib qol vurub qələbə qazandıq. Əks-hücumlarda hesab arasındakı fərqi artıra da bilərdik. Düzdür, rəqibin də qol imkanları oldu. Lakin biz hesabı qoruyub saxlamağı bacardıq. Məqsədimiz üst pillələrə qalxmaqdır. Necə olacağını zaman göstərəcək. Çempionatın əvvəlində Ekşteyn yox idi deyə, çətinlik çəkirdik. İndi oynayır, ona görə də oyunda canlanma müşahidə olunur. Komandamıza uğurlar arzulayıram!”.

SabailFC © 2021. All Rights Reserved.