“Mineral Sular” şirkəti 2017/18 mövsümündən etibarən, “Səbail” PFK-nın texniki sponsorudur!

2020-ci ildə “Səbail” PFK və “Mineral Sular” şirkəti arasında yenidən müqavilə imzalandı. 2017-ci ildə imzalanan ilk müqavilə ilə artıq 4 mövsümdür ki, əməkdaşlığımız uğurla davam edir. Bu müddət ərzində “Mineral Sular” şirkəti əməkdaşları və futbolçuları yüksək səviyyədə mineral suları ilə təmin edib.

1140 m2 ərazidə yerləşən “Mineral Sular” MMC-in tikintisinə 2012-ci ildən başlanılıb. 2015-ci ilin yanvar ayından Türkiyədən və İtalyadan gətirilən avadanlıqların quraşdırılması yekunlaşandan sonra müəssisə tam olaraq fəaliyyətə başlayıb. “Vita 1000” nişanı altında 0,33; 0,5; 1; 1,5; 5; 10 və 19 lt qablaşmalarda olmaqla təbii mineral süfrə, qablaşdırılmış içməli və qazlı sular istehsal olunur.

Zavodda standartlara uyğun müasir kimyəvi və bakterioloji laboratoriyalar fəaliyyət göstərir.

SabailFC © 2021. All Rights Reserved.