Aftandil Hacıyev: “Qələbəyə layiq oyun nümayiş etdirdik”

Bu gün Azərbaycan Premyer Liqasının 11-ci turunda “Səbail”-“Qarabağ” oyunu baş tutdu. Oyun 1-1 hesabı ilə bitdi. Komandamınızn baş məşqçisi Aftandil Hacıyev oyun sonrası mətbuat konfransında öz fikirlərini bildirib:

“Sevincli, tarixi günlər yaşayırıq. Torpaqlarımızın geri qayıtması hamımızı çox sevindirir. Xüsusilə, “Qarabağ” FK-nı təbrik edirəm! Bundan sonra ev oyunlarını Ağdamda keçirməyə gözəl fürsət yaranıb.

Hər iki komandada ciddi itkilər var.Koronavirus çempionata ciddi təsir edib. Bizim də əsas heyətimizin 4 futbolçusu virusa yoluxması səbəbilə meydana çıxa bilmədi. İtkilərimiz olmasına baxmayaraq, bəlkə də bu gün  ən yaxşı oyunlarımızdan birini keçirtdik.

İlk hissədə yaxşı qol imkanımız olsa da, istifadə edə bilmədik. İkinci yarıda fərqlənsək də, təzyiqlə üz-üzə qaldıq. Buna baxmayaraq, 1 xal əldə etdik. Nəzərə alaq ki, son vaxtların ən yaxşı komandası ilə oynadıq. Buna baxmayaraq, həm oyunumuzdan, həm futbolçulardan razıyam. Hətta deyərdim ki, qələbəyə layiq oyun nümayiş etdirdik. İnanırıq ki, müalicə alan oyunçularımız da tez zamanda futbol meydanlarına qayıdacaqlar.

Futbolçularımızı təbrik edirəm! Rəqib komandaya uğurlar arzulayıram!”

SabailFC © 2021. All Rights Reserved.