Yoxlama oyununda bərabərlik

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə dövründə məşqlərini bərpa edən “Səbail” ilk yoxlama oyununu keçirib. Komandamız “Zirə İdman Kompleksi”nin stadionunda “Zirə” ilə qarşılaşıb.
Oyunda hesabı meydan sahibləri açıb. 15-ci dəqiqədə Ağabala Ramazanov fərqlənib. 15 dəqiqə sonra Maykl Essien hesabı bərabərləşdirib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
49-cu dəqiqədə Turan Manafov “Səbail”i yenidən irəli çıxarsa da, komandamız bu üstünlüyü sona qədər qoruyub-saxlaya bilməyib. 69-cu dəqiqədə Mfo Kqasvane hesabı bərabərləşdirib.
Beləliklə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

 

 

SabailFC © 2021. All Rights Reserved.