“Səbail” yoxlama oyununda məğlub olub

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə dövründə məşqlərini bərpa edən “Səbail” ikinci yoxlama oyununu keçirib. Komandamız “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Qarabağ” ilə qarşılaşıb. “Qarabağ” – “Səbail” qarşılaşması 3 hissədən ibarət olub. İlk hissədə ilk qolu matçın 9-cu dəqiqəsində “Səbail”dən Bahadur Həziyev vurub. 15 dəqiqə sonra rəqib komandadan Mahir Emreli hesabı bərabərləşdirib.
Ümumilikdə oyun 90 dəqiqə deyil, 120 dəqiqədən ibarət olub. “Qarabağ” – “Səbail” qarşılaşması 4:1 hesabı ilə meydan sahibinin xeyrinə başa çatıb.

 

SabailFC © 2021. All Rights Reserved.