Aftandil Hacıyev: “2 yoxlama görüşünü zədəsiz başa vurduq”

İkinci həftənin hazırlığında 2-ci oyunumuz idi. Əvvəlcədən qərar vermişdik ki, futbolçuları bundan əvvəlki oyundan daha çox meydanda saxlayaq.
Bu oyunda iki heyətlə oynadıq və hər bir futbolçu haradasa, 60 dəqiqə meydanda mübarizə apardı. Əlbəttə ki, təcrübəli bir komandaya qarşı oynayırdıq. İstədiyimiz nüanslar oyunun ilk 30 dəqiqəsində alınırdı, hətta irəli çıxmağı da, bacardıq və bir-neçə hücumlarımız təhlükəli alındı. Ancaq buna baxmayaraq, rəqib bu oyuna bizdən daha gümrah yaxınlaşdı. Biz ilk oyundan 3 gün sonra, “Qarabağ” isə 4 gün sonra meydana çıxdı. Düşünürəm ki, bu amil futbolçularda bir qədər çətinlik törətdi. Ancaq bütün hallarda bizə bu oyunu oynamaq önəmli idi. Cünkü növbəti həftə nə olacağını hələ də, bilmirik. Ona görə də, qarşıda gələn 2 günlük karantin rejimini nəzərə alaraq, həftəni oyunla başa vurmağımız futbolçularımız üçün çox yaxşı oldu. Əgər çempionat davam edərsə, 2 oyunun hər birinin bizə çox böyük faydası olacaq. Bu gün futbolçularımdan razı qaldım. “Sumqayıt”la oyunun hazırlığına isə növbəti həftənin 2-ci günündən başlayacağıq.
Bu oyunlarda ən sevindirici hal o oldu ki, 2 yoxlama görüşünü zədəsiz başa vurduq.

SabailFC © 2021. All Rights Reserved.