Mövsümün XVII qarşılaşmasında “Səbail” evdə “Qəbələ”ni qəbul edəcək. “Səbail” “Qəbələ” oyunu fevralın 16-da, ASCO Arenada saat 16:30-da başlayacaq və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Qarşılaşmanın rəsmi nümayəndələrini diqqətinizə çatdırırıq:
Baş hakim: Kamal Umudlu,
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Eyyub İbrahimov
Dördüncü hakim: Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Xatırladaq ki, mövsümün V turunda “Səbail” – “Qəbələ” oyunu 1:1, XI turda isə “Qəbələ“ – “Səbail” oyunu 3:0 hesabı ilə nəticələnmişdi.