Sabah – martın 1-də “Səbail” mövsümün növbəti oyununa çıxacaq. Komandamız “Bakcell Arena”da “Neftçi”nin qonağı olacaq. Səbuhi Bayramovun idarə edəcəyi qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək. Oyun “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Nahid Əliyev
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev