“Səbail” Premyer Liqanın XVI turu çərçivəsində bu gün “ASK Arena”da “Keşlə” ilə qarşılaşıb. Birinci hissədə gərgin mübarizəyə baxmayaraq, hesab açılmayıb. 51-ci dəqiqədə Endrik Ekşteyn penalti zərbəsini dəqiq yerinə yetirib. Hakimin final fitinədək oyunda başqa qol vurulmayıb. Bu qələbədən sonra “Səbail” turnir cədvəlində 1 pillə irəliləyərək 7-ci yerdə qərarlaşıb.
7 fevral 2020. Saat 21:00. “ASK Arena”, 650 tamaşaçı | |
Baş hakim: Əliyar Ağayev Baş hakimin köməkçiləri: Akif Əmirəli, Zeynal Zeynalov Dördüncü hakim: Nicat İsmayıllı |
|
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov |
|
Sarı vərəqələr: Con Kamara, 25 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 50 (qeyri-idman hərəkəti) // Aleksandr Rıbka, 90+5 (oyunun bərpasının ləngidilməsi) | |
Qol: Hendrik Ekşteyn, 51 (p.) | |
Artırılan vaxt: I hissədə yoxdur.; II hissədə 5 dəq. | |
“Keşlə” | “Səbail” |
1. Stanislav Namaşko 4. Slavik Alxasov (k) 17. Vüsal İsgəndərli 2. İlkin Qırtımov 22. Əfran İsmayılov (3. Cabir Əmirli, 62) 25. Con Kamara 21. Miyusko Boyoviç (30. Şahrux Qadoyev, 82) 5. Franko Flores 10. Sezar Meza Kolli 9. Lorenzo Frutos (42. Aleksandr Kristovao, 62) 7. Tural Bayramlı |
1. Aleksandr Rıbka 7. Fəhmin Muradbəyli (3. Turan Manafov, 77) 13. Şəhriyar Rəhimov 14. Rahid Əmirquliyev (k) 34. Urfan Abbasov 55. Adil Nağıyev 9. Mirsahib Abbasov 10. Maykl Esyen (17. Elçin Rəhimli, 71) 27. Hendrik Ekşteyn 16. Peyman Keşavarz 19. Ruslan Hacıyev (79. Əli Sadıxov, 69) |
Ehtiyat oyunçular: | Ehtiyat oyunçular: |
94. Rəşad Əzizli 57. Əkpər Vəliyev 33. Tərlan Quliyev 18. Ruslan Əmircanov 19. Azər Salahlı 6. Rəşad Sadiqov 90. Orxan Fərəcov 13. Pərviz Azadov 97. Xəzər Mahmudov |
25. Elxan Əhmədov 88. Orxan Qurbanlı 26. Kamal Qurbanov 30. Murad Qayalı 77. Ədilxan Qarəhmədov |
Baş məşqçi: Tərlan Əhmədov | Baş məşqçi: Aftandil Hacıyev |