“SƏBAİL” ÜÇÜNCÜ OYUNUNU KEÇİRİB

Yanvarın 12-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün “Miracle Resort Hotel”in meydançasında Rumıniyanın “Voluntari” komandası ilə yoldaşlıq oyunu keçirib. Oyunun 16-cı dəqiqəsində rəqib komanda hesabı açıb. 5 dəqiqə sonra “Səbail”in heyətində Ruslan Hacıyev hesabı bərabərləşdirib. Oyunun 67-ci dəqiqəsində rəgib komanda hesabını artırmağa nail olub – 2:1. Matçın 90-cı dəqiqəsində Mirsayib Abbasov hesabı bərabərləşdirib. Beləliklə, Rumıniya təmsilçisi ilə oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Səbail” dördüncü yoxlama oyununu yanvarın 25-də “Korona” (Polşa) komandasına qarşı keçirəcək.

 

SabailFC © 2021. All Rights Reserved.