“Səbail” ilk oyununu keçirib

Yanvarın 12-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün “Spice Otel Belek”in meydançasında Qazaxıstanın “Jetisu” komandası ilə yoldaşlıq oyunu keçirib. İlk hissə qolsuz bərabərliklə bitib. Oyunun ikinci hissəsində rəqib “Səbail”in qapısından topu keçirməyə müvəffəq olub. Beləliklə, oyun rəgibin 1:0 hesabı ilə xeyrinə başa çatıb.
Qeyd edək ki, “Səbail” ikinci yoxlama oyununu yanvarın 18-də “Olimpik” (Donetsk) komandasına qarşı keçirəcək.

SabailFC © 2021. All Rights Reserved.