“Səbail” ikinci oyununu keçirib

Yanvarın 12-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün “Miracle Resort Hotel”in meydançasında Ukraynanın “Olimpik Donetsk” komandası ilə yoldaşlıq oyunu keçirib. Oyunun  birinci hissəsində rəqib “Səbail”in qapısından 2 top keçirib. Oyunun ikinci hissəsinin 60-cı dəqiqəsində “Səbail” hesabı açıb – 2:1.  82-ci dəqiqədə rəgib “Səbail”in qapısından daha bir top keçirib. Beləliklə, oyun rəgibin 3:1 hesabı ilə xeyrinə başa çatıb.
Qeyd edək ki, “Səbail” üçüncü yoxlama oyununu yanvarın 21-də “Voluntarı” (Rumıniya) komandasına qarşı keçirəcək.

 

SabailFC © 2021. All Rights Reserved.