Aftandil Hacıyev: “Psixoloji durumun yaxşılaşması üçün qələbə vacibdir”

Təlim – məşq toplanışının son oyununu keçirdik. Bundan əvvəlki 3 oyunda buraxdığımız səhvlərin azalması bizi sevindirir. 3 oyunda qapımızda asanlıqla epizodlar görürdüksə, bu oyunda isə tam əksinə idi. Müdafiədə də, çox az səhv etdik və sevindirici haldır ki, bu oyunda da, qol epizodu yarada bildik. Təlim-məşq toplanışında ilk qələbəmizi qazandıq. Çoxdandır bu qələbəyə ehtiyacımız var idi. Yoldaşlıq görüşü olsa da, futbolçuların psixoloji durumunun yaxşılaşması üçün əlbəttə qələbə həmişə xoş olur. Ümumi toplanışı dəyərləndirməli olsaq, futbolçulardan razı qaldıq, hər biri çalışdı ki, özünün meydanda yaxşı cəhətlərini göstərsin.
Fasilədən sonra çempionatın durumunu yaxşılaşdırmaq üçün daha da, səylə çalışmalıyıq.
Bu oyunların finala bərabər bir oyunlar olacağını futbolçuların hər biri dərk edir.
Çempionat zamanı hər bir oyun bizim üçün çətin olsa da, çalışacağıq ki, oyunlarda maksimum xal toplayaq və mövsümün sonunda qərarlaşdığımız yerdən daha da, yaxşı yerdə çempionatı başa vuraq. Sevindirici hallardan biri də, odur ki, bütün futbolçular heç biri ciddi zədə olmadan təlim-məşq toplanışını başa vurdular. Fasilədən sonra ilk oyunumuz Qarabağla olacaq və bu oyuna ciddi hazırlaşacağıq.

SabailFC © 2021. All Rights Reserved.