Premyer Liqanın XIII turu çərçivəsində “Səbail” “Neftçi”ni qəbul edəcək. Dekabrın 1-də “ASCO Arena”da keçiriləcək oyun 15:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Oyunun rəsmi şəxslərini diqqətinizə çatdırırıq:
Baş hakim: Orxan Məmmədov,
Baş hakimin köməkçiləri: Rauf Allahverdiyev, Namiq Hüseynov
Dördüncü hakim: Rahil Ramazanov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Xatırladaq ki, mövsümün VII turunda “Səbail“ “Neftçi” ilə qarşılaşmış, oyun 2:1 hesabı ilə rəqibin xeyrinə nəticələnmişdi.