XII tur: “Səbail” – “Sabah” – hakimlər müəyyənləşib

Premyer Liqanın XII turu çərçivəsində “Səbail” “Sabah”I qəbul edəcək. Noyabrın 23-də ASCO Arenada keçiriləcək oyun 15:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Oyunun rəsmi şəxslərini diqqətinizə çatdırırıq:

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Xatırladaq ki, mövsümün VI turunda “Səbail“ “Sabah”la qarşılaşmış, oyun 3:0 hesabı ilə rəqibin xeyrinə nəticələnmişdi.

SabailFC © 2021. All Rights Reserved.