Premyer Liqanın XI turu çərçivəsində “Səbail” “Qəbələ”nin qonağı olacaq. Noyabrın 2-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun 15:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Oyunun rəsmi şəxslərini diqqətinizə çatdırırıq:
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Xatırladaq ki, mövsümün V turunda “Səbail” – “Qəbələ“ oyunu 1:1 hesabı ilə nəticələnmişdi.