Premyer Liqanın X turu çərçivəsində “Səbail” “Keşlə”ni qəbul edəcək. Noyabrın 2-də “ASCO Arena”da keçiriləcək oyun 16:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Oyunun rəsmi şəxslərini diqqətinizə çatdırırıq:
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: İlham Əliyev
Xatırladaq ki, mövsümün IV turunda “Səbail” – “Keşlə“ni 2:1 hesabı ilə məğlub etmişdi.