İyunun 18-dən etibarən Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün hazırlıq prosesi çərçivəsində son yoxlama oyununu keçirib. Komandamız “Makedoniya GP” (Şimali Makedoniya) ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.