AFTANDİL HACIYEV: “Çalışacağıq ki, meydanda sona qədər mübarizə aparaq”

Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” klubu bu gün sonuncu yoxlama oyununu keçirib. Baş məşqçimiz Aftandil Hacıyevin oyunla bağlı fikirləri:

“Sonuncu yoldaşlıq görüşümüzü keçirdik. Bu gün – toplanışdakı dördüncü oyunumuzda rəqibimiz  Şimali Makedoniya komandası idi. Bildiyiniz kimi onlar da, bizim kimi UEFA Avropa Liqasında çıxış edirlər.  Rəqib, futbolçuların diqqətsizliyindən və bir dəfə ani səhvimizdən istifadə edib qol vurdu. Umumiyyətlə, bugünkü oyunu iki hissəyə bölsək, ikinci hissəni aktivimizə yazmaq olar. İkinci hissədə qol epizodlarımız çox oldu. Nəticə önəmli olmasa da, istəyirdik ki, vətənə pozitiv notlarla dönək. Lakin bizim üçün ən önəmli nəticə UEFA Avropa Liqasındakı nəticə olacaq. Ümumi götürdükdə,  toplanışdan razı qala bilmərəm. Çünki yeni komanda formalaşdırmışıq. Bildiyiniz kimi, keçən ildən 11 futbolçu komandanı tərk etdi. Yeniləri  isə gec qoşuldular. Demək olar ki, toplanışın axırına gəldilər. Lakin buna baxmayaraq, çalışacağıq ki, meydanda sona qədər mübarizə aparaq.

SabailFC © 2021. All Rights Reserved.