Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Səbail” bu gün “ASCO Arena”da “Neftçi” ilə qarşılaşıb.
Hər iki komandanın cəhdlərinə baxmayaraq, birinci hissədə qapılara qol vurulmayıb.
Fasilədən sonra – 50-ci dəqiqədə Mirabdulla Abbasov fərqlənərək qonaqları hesabda irəli çıxarıb. Oyunun növbəti yarım saatı ərzində də qolsuzluq sükutu pozulmayıb. 81-ci dəqiqədə Ədilxan Qaraəhmədov uzaq məsafədən qapını dəqiq nişan alaraq hesabda tarazlıq yaradıb. 4 dəqiqə sonra Ağabala Ramazanov qapıçı ilə təkbətək epizoddan maksimum yararlanmaqla komandamızı hesabda irəli çıxarıb.
Yekun hesabı müəyyənləşdirən qolu hakimin oyunun vaxtına əlavə etdiyi 6-cı dəqiqədə Mamadu Mbodj vuraraq “Neftçi”ni məğlubiyyətdən xilas edib.
Beləliklə, “Səbail” – “Neftçi” oyunu 2:2 hesabı ilə başa çatıb.