Futbol akademiyasında yeni direktor

Futbol akademiyalarının inkişafı prosesində beynəlxalq təcrübəyə malik olan 42 yaşlı Yan Yaap Şmaal “Səbail” PFK-nın Futbol Akademiyasına yeni direktor təyin olunub.

O, 2002-ci ildən 2005-ci ilədək Qətərin paytaxtı Doha şəhərində fəaliyyət göstərən “ASPİRE” futbol akademiyasının açılışında və inkişafında rol oynamış məşqçi korpusunun üzvü olub.

Beynəlxalq səviyyədə tanınan bu akademiyanın açılışından sonra Qətərin müvafiq yaş qrupuna aid milli komandası ilə işləmiş və eyni zamanda, 2005-ci ildən 2018-ci ilədək “ASPİRE” layihəsi çərçivəsində skaut və analitiklərdən ibarət layihənin yaradılmasında və inkişafında mühüm rol oynamışdır.

Beynəlxalq səviyyədə tanınan bu akademiya layihəsi sayəsində Qətərin U-19 yaş qrupuna aid milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş Asiya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Yan Yaap Şmaal Qətərə gəlməzdən əvvəl Hollandiyanın “Qroningen” Futbol Klubunun gənclərdən ibarət komandaları ilə işləmiş və ABŞ-ın müvafiq yaş qrupuna aid komandaları üçün gənc futbolçular yetişdirmişdir.

2018-ci ildə Yan Yap Şmaal Asiya Futbol Konfederasiyasının  Pro Lisenziya kurslarını bitirib, eyni zamanda, UEFA-nın A,kateqoriyalı məşqçi lisenziyasına malikdir.

SabailFC © 2021. All Rights Reserved.