Bu tur “Sumqayıt”ın qonağıyıq

Topaz Premyer Liqasının XXV turu çərçivəsində aprelin 18-də, saat 16:45-də keçiriləcək “Sumqayıt” – “Səbail” oyununun hakimi Vüqar Həsənli olacaq. “Kapital Bank” Arenada baş tuacaq matç CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

“Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elbrus Abbasov

Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Sumqayıt” arasında keçirilmiş oyunlar aşağıdakı kimi nəticələnib:

VII tur, 5 oktyabr “Bayıl Arena“
“Səbail” – “Sumqayıt” 2:0

XIII tur, 1 dekabr
“Sumqayıt” – “Səbail” 1:0

XIX tur, 2 mart
“Səbail” – “Sumqayıt” 0:0

 

SabailFC © 2021. All Rights Reserved.