Topaz Premyer Liqasının XXIII turunda “Səbail” “Əlincə Arena”ya yollanacaq. Komandamız aprelin 7-də “Sabah” ilə qarşılaşacaq. Saat 16:30-da başlayacaq və CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq qarşılaşmanı Rəhim Həsənov idarə edəcək:
“Sabah” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Sabah” arasında keçirilmiş oyunlar aşağıdakı kimi nəticələnib:
V tur, 22 sentyabr “Bayıl Arena”
“Səbail” – “Sabah” 0:0
XI tur, 11 noyabr “Əlincə Arena”
“Sabah ” – “Səbail” 0:4
XVII tur, 17 fevral “Bayıl Arena”
“Səbail” – “Sabah” 1:0