Son dövrənin ilk oyununda qələbə

“Səbail” Topaz Premyer Liqasının IV dövrəsinə qələbə ilə start verib.
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən sonra komandamız ilk qarşılaşmasını Zirə İdman Kompleksinin stadionunda keçirib. “Zirə” ilə oyunda hesabı Ağabala Ramazanov açıb. 41-ci dəqiqədə Ramazanovun cərimə meydançası daxilindən vurduğu zərbədən sonra top yolüstü madafiəçiyə də toxunaraq azacıq istiqamətini dəyişməklə qapıya daxil olub. Komandalar fasiləyə “Səbail”in 1:0 hesablı üstünlüyü ilə yollanıb. 69-cu dəqiqədə meydan sahibləri Xulio Sezar Rodrigezin fərqlənməsi sayəsində hesabda tarazlıq yarada bilib. Qarşılaşmanın yekun nəticəsi hakimin oyuna əlavə etdiyi 4-cü dəqiqədə müəyyənləşib. Şəhriyar Rəhimov cərimə zərbəsindən qapını dəqiq nişan alıb.
Beləliklə, “Səbail” səfər oyununda 2:1 hesabı ilə qələbə qazanmaqla digər oyunların nəticəsindən asılı olmayaraq turnir cədvəlindəki mövqeyində qalıb. 22 turdan sonra komandamız 34 xalla 3-cü pillədə qərarlaşıb.

 

SabailFC © 2021. All Rights Reserved.