“Səbail” üçün fasilə Zirədə başa çatacaq

Milli komandaların Avropa çempionatının seçmə mərhələsindəki oyunlarına görə Topaz Premyer Liqasında yaranmış fasilə bu həftəsonu keçiriləcək qarşılaşmalarla başa çatacaq. Cari – XXII turda “Səbail” Zirə İdman Kompleksinə yollanacaq. Martın 30-da, saat 16:00-da komandamız “Zirə” ilə qarşılaşacaq. Vüqar Həsənlinin idarə edəcəyi qarşılaşma CBC Sport televiziya kanalı vasitəsi ilə canlı yayımlanacaq.

“Zirə” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Xatırladaq ki, bu mövsüm Topaz Premyer Liqasında “Səbail” və “Zirə” arasında keçirilmiş oyunlar aşağıdakı kimi nəticələnib:

IV tur, 15 sentyabr “Bayıl Arena”
“Səbail” – “Zirə” 3:0 (+:-)

X tur, 4 noyabr “Bakcell Arena”
“Zirə” – “Səbail” 0:0

XVI tur, 10 fevral Bayıl Arena
“Səbail” – “Zirə” 0:2

 

SabailFC © 2021. All Rights Reserved.