MAYKL ESYEN “SƏBAİL”DƏ!

“Səbail” PFK daha bir legioner futbolçu – Maykl Essyen ilə 1,5 illik müqavilə imzalayıb. Essyen həmçinin”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.

Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.

Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda və 19 qol vurub.

O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.

 

SabailFC © 2021. All Rights Reserved.