Biz “Mən “Səbail”i dəstəkləyirəm!” adlı kampaniya elan edirik!

Davamlı olaraq ev oyunlarımıza gələn azarkeşlərimiz bizdən hədiyyələr qazanacaqlar!

Şərtlər sadədir:
Mövsümün sonuna qədər 5 ev oyunumuza gələn azarkeşlər birinci kateqoriyalı hədiyyə qazanacaq.
Mövsümün sonuna qədər 3 ev oyunumuza gələn azarkeşlər isə ikinci kateqoriyalı hədiyyə qazanacaq.
Kampaniyaya qoşulun və qalib gəlin!
Müsabiqəyə qeydiyyat hər gün bazar ertəsindən cümə gününədək saat 12:00-dan 20:00-dək “Bayıl Arena” stadionunun girişində aparılacaq.
🔴 Komandamızın qarşıdakı 3 ev oyunu zamanı “Bayıl Arena”da 4 qeydiyyat məntəqəsi fəaliyyət göstərəcək!
🔴 https://bit.ly/2STVNRS keçidi üzrə onlayn qeydiyyat mövcud olacaq – (Onlayn qeydiyyatdan sonra, oyun zamanı qeydiyyat məntəqəsində qeydiyyatdan keçdiyinizi təsdiq etmək lazımdır).
Könüllülərimiz Sizə ev oyunları zamanı müsabiqə haqqında bütün əlavə məlumatları verməkdən məmnun olacaqlar.
🔴 Siz həmçinin +994 50 681 0010 nömrəsi ilə əlaqə saxlayıb müsabiqə haqqında məlumat ala bilərsiniz.

✅ Müsabiqə və qeydiyyat qaydaları:
Siz göstərilən üsullardan birinin vasitəsilə qeydiyyatdan keçməlisiniz:
1. Bazar ertəsindən cümə gününədək saat 12:00-dan 20:00-a qədər “Bayıl Arena”nın girişində yerləşən qeydiyyat məntəqəsində
2. Komandamızın “Bayıl Arena”da keçirilən ev oyunları zamanı qeydiyyat məntəqəsində
3. Keçid üzrə qeydiyyat – https://bit.ly/2STVNRS. (Onlayn qeydiyyatdan sonra, oyun zamanı qeydiyyat məntəqəsində öz ad və soyadını təqdim edib qeydiyyatdan keçdiyinizi təsdiq etmək lazımdır)
Müsabiqəyə qeydiyyatdan sonra dərhal Siz iştirakçı biletini alacaqsınız. Biletdə komandanın bütün ardıcıl ev oyunları göstəriləcək. Hər oyuna gəldikdə Siz stadionda yerləşən qeydiyyat məntəqəsinə iştirakçı bileti ilə yaxınlaşmalı və oyuna gəldiyinizi təsdiqləyən möhür biletinizə vurulmalıdır.

“Sabah” komandasına qarşı oyuna qədər qeydiyyatdan keçmiş və oyuna gəlmiş müsabiqə iştirakçıları öz biletlərini artıq oyuna gəldiyinizi təsdiqləyən möhürlə alacaqlar.

Əvvəlcədən təşəkkürümüzü bildiririk!

 

SabailFC © 2021. All Rights Reserved.