Dövrələrarası fasilədən sonra “Səbail” bu gün ilk oyununu keçirib. Topaz Premyer Liqasının XV turu çərçivəsində komandamız “ASK Arena”da “Keşlə”nin qonağı olub. Qarşılaşmada hesab 14-cü dəqiqədə açılıb. Ruslan Qurbanovun cinah ötürməsindən sonra Kevin Kubemba dəqiq baş zərbəsi ilə rəqibi meydanın mərkəzinə dəvət edib. Hər iki komandanın cəhdlərinə baxmayaraq, ilk 45 dəqiqənin sonuna qədər başqa qol vurulmayıb.
İkinci hissənin startından 8 dəqiqə sonra Elvin Yunuszadə “Səbail”in heyətində keçirdiyi ilk rəsmi oyunda fərqlənməyi bacarıb. Oyunun yekun hesabını müəyyənləşdirən qolu isə 58-ci dəqiqədə Ağabala Ramazanov vurub – 3:0. Beləliklə, “Səbail” cari mövsüm Topaz Premyer Liqasında “Keşlə” ilə keçirdiyi üçüncü oyunda da qələbə qazanıb. Bu nəticədən sonra xallarının sayını 24-ə yüksəldən komandamız turnir cədvəlində 3-cü pillədəki yerini bir qədər möhkəmlədib.
2 fevral 2019. Saat 19:00. “ASK Arena”, 450 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Mübariz Haşımov
Dördüncü hakim: Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Vüsal İsgəndərli, 65 (qeyri-idman hərəkəti); Cabir Əmirli, 78 (qeyri-idman hərəkəti); Conatan Ayite, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Kevin Kubemba, 14; Elvin Yunuszadə, 53; Ağabala Ramazanov, 58
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Keşlə”
1. Kamran Ağayev (k) Ehtiyat oyunçular: Baş məşqçi: Tərlan Əhmədov |
“Səbail”
1. Aleksandr Rıbka Ehtiyat oyunçular: Baş məşqçi: Aftandil Hacıyev |